11/02/2020
16:45
2195
| A A A
Neftçi-də baş məşqçi dəyişikliyi - İdman direktoru koordinatorla çəkişir

Neftçi-nin 17 yaşlılardan ibarət komandasının baş məşqçisi Elman Sultanov vəzifəsindən uzaqlaşdırılıb.

Goal.az xəbər verir ki, Səbail-in sabiq çalışdırıcısı bu dəfə U-16-ya təyinat alıb.

Maraqlısı budur ki, Sultanovdan boşalan vəzifəni Mik Bennet tutub. «Ağ-qaralar»ın akademiyasının başş koordinatoru U-17-ni onun əlindən zorla alıb və qısa müddətdə komandada xeyli dəyişiklik edib.

Şotlandiyalı funksioner Kamran Quliyevin öz seçimi deyil. O, bura AFFA tərəfindən göndərilib. Uğursuz layihə olan Manchester United Yay Futbol Məktəbi bağlanandan sonra işsiz qalan Benneti işlə təmin etmək Neftçi-nin prezidentinə tapşırılıb. Quliyevin imzasıyla hər ay ona 10 min dollar maaş yazılır.

Hər şeyə rəğmən, Bennet Neftçi-də sevilmir və istənilmir. Xüsusən Ceyhun Sultanov tərəfindən. Hörmətli idman direktoru britaniyalı baş koordinatora axır vaxtlar ümumiyyətlə, göz verib işıq vermir.

Onun təlimatıyla U-19 komandası Bennetin nəzarətindən çıxarılıb. Çünki burada işləri yaxşı getməyən Fərrux İsmayılov idman direktorunun yaxın dostudur və bu münasibətə görə Vətən-dən Neftçi-yə gəlib. (Sportinfo.az)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8459 səs