18/02/2020
13:26
1603
| A A A
AFFA Keşlə-nin legionerini milliləşdirir

AFFA "Keşlə" klubunun futbolçusu Sezar Meza Kollini milliləşdirməyi qərara alıb.

Goal.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Paraqvay əsilli italiyalı yarımmüdafiəçinin FIFA-nın müvafiq qaydaları əsasında Azərbaycan yığmasına cəlb olunması nəzərdə tutulub. 29 yaşlı oyunçu Azərbaycanda fasilələrlə 2013-cü ildən çıxış edir. O, 2 mövsüm Bakı "İnter"i (hazırkı "Keşlə") formasını geyinib.

2015-ci ilin yayında Azərbaycan klubundan ayrılan futbolçu 6 ay sonra yenidən bu komandaya qayıdıb. 2016-cı ilin iyununda "Zirə"yə keçən yarımmüdafiəçi 2018-ci ilin qışında yenidən "Keşlə"yə qayıdıb. Sezar Meza Kolli həmin mövsümün sonunda Rumıniyanın "Universitatya" klubu ilə müqavilə bağlayıb. Təcrübəli oyunçunun "Keşlə"yə 3-cü qayıdışı isə 2019-cu ilin yayına təsadüf edib. Meza Kolli həmin vaxtdan paytaxt təmsilçində çıxış edir.