06/04/2020
12:48
2765
| A A A
Azərbaycan millisinin baş məşqçi postu üçün daha bir italiyalı namizəd

Azərbaycan millisinin baş məşqçi postuna daha bir namizəd müəyyənləşib.

Goal.az xəbər verir ki, bu iddia ilə "Fotospor" nəşri çıxış edib. Türkiyəli həmkarlarımızın yazdığına görə, bu, italiyalı mütəxəssis Eusebio Di Françeskodur.

Əvvəllər İtaliyanın müxtəlif komandalarında çalışmış Di Françesko 2017-ci ildə "Roma"nın baş məşqçisi ikən Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ"la oyunu üçün Bakıya səfər edib. Bakı Olimpiya Stadionunda keçirilmiş görüş italiyalıların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hazırda Di Françesko ilə "Fenerbahçe" klubu da ciddi maraqlanır.

Daha öncə italiyalı mütəxəssislərdən Canni De Byazi, Luici Di Byaco və Çezare Prandelli də Azərbaycan millisinin baş məşqçi postuna namizəd olub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5942 səs