13/11/2020
10:50
1500
| A A A
Azərbaycanla oyun öncəsi daha bir futbolçuda koronavirus aşkarlandı

Millətlər Liqasının 5-ci turunda sabah yığmamızla qarşılaşacaq Monteneqro millisinin daha bir futbolçusu koronavirusa yoluxub.

Goal.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, komandanın bütün üzvləri növbəti dəfə koronavirus testindən keçib və bir futbolçuda virus aşkarlanıb. Virusa yoluxan futbolçunun adı açıqlanmayıb və o, karantinə alınıb.

Monteneqro yığmasında bundan əvvəl bir futbolçuda koronavirus aşkarlanmışdı.

Qeyd edək ki, Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19866 səs