14/11/2020
13:25
1490
| A A A
Lüksemburq - Azərbaycan: heyətlər açıqlandı

UEFA Millətlər Liqasının 6-cı turunda keçiriləcək Lüksemburq - Azərbaycan matçına hakim təyinatları açıqlanıb.

Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Referi Feliks Zvayer olacaq. Ona yan xətt hakimləri qismində Torsten Şiffner və Marko Axmüller kömək edəcək. Dördüncü hakim funksiyasını isə Harm Osmers yerinə yetirəcək.

Hakim-inspektor Maykl Rayli (İngiltərə), UEFA nümayəndəsi isə Tammo Beyşuizen (Hollandiya) olacaq.

Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Lüksemburq - Azərbaycan görüşü Bakı vaxtı ilə23:45-də başlayacaq.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19866 səs