Azərbaycan millisi Millətlər Liqasında son oyununu keçirir
Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq.
Goal.az xəbər verir ki, Canni de Byazinin rəhbərlik etdiyi yığmamız Lüksemburqun qonağı olacaq.
Millimiz B liqasına yüksəlmək şansını itirsə də, bu görüşün əhəmiyyəti böyükdür. Çünki yığmamız hazırda qərarlaşdığı 3-cü pilləni qorumağı bacarsa, yarışla vidalaşsa belə, C liqasında qalacaq. Ancaq 4-cü sıraya yuvarlanmaq C liqasında qalmaq uğrunda pley-off matçlarına qatılmaqla nəticələnəcək.
Qrupun eyni vaxtda başlayacaq digər matçında Monteneqro və Kipr yığmaları üz-üzə gələcək.
17 noyabr
Millətlər Liqası
C liqası, 1-ci qrup
6-cı tur
23:45. Lüksemburq - Azərbaycan
Baş hakim: Feliks Zvayer (Almaniya)
Lüksemburq. Joze Bartel stadionu
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR