18/11/2020
02:18
1864
| A A A
Millimizdən növbəti sülh

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.

Goal.az xəbər verir ki, Canni de Byazinin rəhbərlik etdiyi yığmamız Lüksemburqun qonağı olub. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Millimiz B liqasına yüksəlmək şansını itirsə də, bu görüşün əhəmiyyəti böyükdür. Çünki yığmamız yarışla vidalaşsa belə, 3-cü pillədəki mövqeyini qorumaqla C liqasında qalacaq. Ancaq 4-cü sıraya yuvarlanmaq C liqasında qalmaq uğrunda pley-off matçlarına qatılmaqla nəticələnə bilərdi.

Qrupun digər matçında Monteneqro və Kipr yığmaları üz-üzə gəlib. Sözügedən qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millətlər Liqası

C liqası, 1-ci qrup

6-cı tur

23:45. Lüksemburq - Azərbaycan - 0:0

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19866 səs