18/11/2020
12:27
1423
| A A A
Millimizin baş məşqçisi və 3 futbolçusu Bakıya qayıtmayacaq

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI turunun Lüksemburqla oyunundan (0:0) sonra Bakıya tam heyətlə qayıda bilməyəcək.

Goal.az xəbər verir ki, koronavirusa yoluxmuş milli üzvləri - Təmkin Xəlilzadə və Rahil Məmmədov Xorvatiyada, kapitan Maksim Medvedev isə Lüksemburqda qalacaq. Hər 3 futbolçu test nəticələri neqativ çıxanadək sözügedən ölkədə karantində olacaqlar.

Komandanın baş məşqçisi Canni De Byazi isə ölkəsi İtaliyaya yollanıb.

Xəlilzadə ilə Məmmədovda Monteneqro ilə matçdan (0:0) öncə infeksiya aşkarlanıb. Medvedevdən götürülən test nümunəsi isə qrupun son matçından əvvəl müsbət nəticə verib.

Qeyd edək ki, Azərbaycan yığması səfərə 29 futbolçu ilə çıxmışdı.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19866 səs