U-17 millimizin rəqibləri müəyyənləşdi
U-17 millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.
Goal.az xəbər verir ki, 3-cü qrupda yer alan yığmamız Lüksemburq, Norveç və Belçikaya qarşı mübarizə aparacaq.
Turnirdə 52 komanda yarışacaq. Seçmə mərhələdə hər qrupdan iki komanda və 4 ən yaxşı nəticəsi olan üçüncü yerin sahibi elit mərhələyəvəsiqə əldə edəcək.
Niderland və İspaniya elit raunddan mübarizəyə qoşulacaq. Ev sahibi İsrail birbaşa 2022-ci ilin mayında keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, çempionatın qarşılaşmaları 1 iyul - 16 noyabrda keçiriləcək.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR