09/12/2020
16:25
629
| A A A
Azərbaycan Belçika və İspaniyaya rəqib oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Goal.az xəbər verir ki, Samir Əliyevin baş məşqçilik etdiyi yığma Lüksemburq, Belçika və İspaniya ilə birlikdə 8-ci qrupda yer alıb.

Seçmə mərhələdə hər qrupdan iki komanda və yaxşı nəticəsi olan üçüncü yerin sahibi elit mərhələyə yüksələcək.. Portuqaliya elit raunddan mübarizəyə qoşulacaq.

Ev sahibi Slovakiya birbaşa 2022-ci ildə keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Qarşılaşmalar 30 avqust - 16 noyabrda olacaq.

Qeyd edək ki, Azərbaycanın əsas milli komandası dünya çempionatının seçmə mərhələsində, U-17 yığması isə Avropa çempionatının seçmə mərhələsində Lüksemburqa rəqib olub.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19866 səs