02/01/2021
12:57
1915
| A A A
Neftçi məşhur şirkətlə əməkdaşlıq müqaviləsi imzaladı

Neftçi Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.

Goal.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klubla idman nəticələrinin analitiki ilə məşğul olan "Catapult” şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə edilib. Tərəflər 2 illik müqaviləyə imza atıb.

Razılaşmaya əsasən, bu müddətdə Neftçi-nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində şirkətin fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus Neftçi TV və sosial media səhifələrində "Catapult”un da loqosunun yer alacağı paylaşımlar ediləcək və digər marketinq xidmətləri göstəriləcək.

Qeyd edək ki, mərkəzi Avstraliyanın Melburn şəhəri olan "Catapult”un əsası 2006-cı ildə qoyulub. Şirkət 137 ölkədə 39 idman növü üzrə 3000-ə yaxın komandaya texnologiya təqdim edir.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19866 səs