Qarabağ-ın hücumçusu rəsmən Zirə-də
Qarabağ gənc futbolçusu Musa Qurbanlını icarəyə verib.
Goal.az xəbər verir ki, 18 yaşlı hücumçu oyun praktikasını artırmaq üçün mövsümün sonuna qədər icarə əsasında Zirə-də çıxış edəcək.
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
Qurbanlı bu mövsüm Premyer Liqada 5 oyunda meydanda olub və 1 qolla yadda qalıb.
Qeyd edək ki, 18 yaşlı futbolçu Azərbaycan millisinin üzvüdür.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR