11/01/2021
22:32
2682
| A A A
Azərbaycan millisinin məşqçisi İngiltərədə işləmək istəyir

Azərbaycan millisinin məşqçisi Benito Karbone karyerasını davam etdirmək istədiyi ölkənin adını açıqlayıb.

Goal.az xəbər verir ki, baş məşqçi Canni De Byazinin köməkçisi olan 50 yaşlı mütəxəssis "Thetelegraphandargus" nəşrinə müsahibəsində xəyalının İngiltərədə işləmək olduğunu söyləyib.

İtaliyalı məşqçi sabiq klubu Bredford-a qayıtmaq ehtimalının olduğunu da bildirib: "Bəlkə də, bir gün ola bilər. Bredford mənim üçün xüsusi klubdur. Xəyalım İngiltərəyə məşqçi kimi qayıtmaqdır".

Qeyd edək ki, AFFA Canni De Byazi və köməkçiləri ilə 1.5 illik müqavilə imzalayıb.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19866 səs