Millinin oyunlarının keçiriləcəyi yer müəyyənləşdi
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.
Goal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Azərbaycan yığmasının yer aldığı 3-cü qrupun oyunları Belçikada keçiriləcək.
Qarşılaşmalar 5 - 12 oktyabrda oynanılacaq.
Qeyd edək ki, qrupda meydan sahibləri ilə yanaşı Norveç və Lüksemburq komandaları da mübarizə aparacaq.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR