Azərbaycan millisinin rəqibləri müəyyənləşdi
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Goal.az xəbər verir ki, final mərhələsi Rumıniya və Gürcüstanda təşkil olunacaq Avro-2023-ə 14 vəsiqə uğrunda mübarizə aparacaq 53 komanda 9 qrupa bölünüb.
Səkkiz qrupun hərəsində 6, bir qrupda isə 5 komanda yer alıb. Azərbaycan millisi 6 yığmanın yarışacağı A qrupuna düşüb. Milan Obradoviçin baş məşqçisi olduğu komandamız Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya ilə mübarizə aparacaq.
Qeyd edək ki, seçmə mərhələnin oyunlarına martın 24-ü start veriləcək.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR