28/01/2021
22:22
3575
| A A A
AVRO-2023: Millinin oyunlarının təqvimi açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsində mübarizə aparacağı A qrupununun təqvimi açıqlanıb.

Goal.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığma qrupda ilk oyunu bu il iyunun 6-da səfərdə Norveçə, son matçını isə 2022-ci il iyunun 7-də Finlandiyaya qarşı keçirəcək.

2021-ci il

6 iyun

Norveç – Azərbaycan

2 sentyabr

Xorvatiya – Azərbaycan

7 sentyabr

Avstriya – Azərbaycan

8 oktyabr

Azərbaycan – Finlandiya

12 oktyabr

Azərbaycan – Xorvatiya

12 noyabr

Azərbaycan – Avstriya

16 noyabr

Azərbaycan – Norveç

2022-ci il

25 mart

Azərbaycan – Estoniya

3 iyun

Estoniya – Azərbaycan

7 iyun

Finlandiya – Azərbaycan

Qeyd edək ki, turnirin final mərhələsi Gürcüstan və Rumıniyada təşkil ediləcək.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19866 səs