Azərbaycan millisinin oyununa oyununa hakim təyinatı
Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə ev maçtının hakimləri açıqlanıb.
Goal.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, görüşü hakim italiyalı Culio Kolombin idarə edəcək. Ona San Marinodan Daniele Dadamo köməklik göstərəcək.
Qeyd edək ki, martın 4-də Bakı İdman Sarayında keçirləcək Azərbaycan - Moldava görüşü saat 19:00-da başlayacaq.
Jose Alesionun baş məşqçi olduğu komanda iki oyundan sonra 6 xalla 3-cü qrupun lideridir. Qrupda Slovakiya və Yunanıstan komandaları da var.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR