18/02/2021
22:41
1457
| A A A
Azərbaycan millisindən biabırçı məğlubiyyət

Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Goal.az xəbər verir ki, yığmamız D qrupundakı 7-ci matçında Bakıda İspaniya ilə üz-üzə gəlib. “ASK Arena”da baş tutan qarşılaşmaya saat 20:00-da start verilib.

Siyasət Əsgərovun çalışdırdığı komandamızın heyətində yeganə itki Jalə Məhsimova idi. Rusiya “Zenit”ində çıxış edən futbolçu mövcud vəziyyətlə əlaqədar sənədləşmə işlərində müəyyən çətinliklər səbəbindən Bakıya gəlməmişdi.

Bunadək keçirdiyi 6 oyunda xal qazana bilməyən Azərbaycan millisi sonuncu pillədə qərarlaşmışdı. İspaniya yığması isə 6 görüşdən 16 xalla qrup lideri idi. Bu komandalar arasında ilk matç ispanların 4:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Bu oyunda isə yığmamız daha biabırçı hesabla uduzub. İspanlar futbolçularımızı 13 dəfə meydanın mərkəzinə dəvət ediblər.

Qeyd edək ki, yığmamız qrupdakı son matçını fevralın 23-də evdə Moldovaya qarşı keçirəcək.

AÇ-nin seçmə mərhələsi

D qrupu

18 fevral

Azərbaycan – İspaniya 0:13

Qol: E.Qonsales, 21; 24; 30; 31; 87. C.Hermoso, 33; 43; 67; 82; 90+3. M.Kaldentey, 57. E.Navarro, 75. N.Eysaquirre, 84.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19866 səs