23/02/2021
11:20
628
| A A A
Bu gün Azərbaycan millisi seçmə mərhələdə sonuncu matçına çıxacaq

Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

Goal.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Moldova seçməsini qəbul edəcək. "ASK Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Son oyunda İspaniya seçməsinə 0:13 hesabı ilə uduzan yığma D qrupunda xal qazana bilməyib və sonuncu - 5-ci pillədə qərarlaşıb. Yalnız Azərbaycan millisini məğlub edən Moldova isə 3 xalla 4-cü sıradadır.

Qrupun digər qarşılaşmasında İspaniya Polşanı sınağa çəkəcək.

Avropa çempionatı, seçmə mərhələ

18:00. Azərbaycan - Moldova

"ASK Arena".

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19921 səs