23/02/2021
20:06
677
| A A A
Azərbaycan millisi qələbə qazandı

Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Goal.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Moldova seçməsini qəbul edib.

"ASK Arena"da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 46-cı dəqiqədə Aysun Əliyeva vurub.

Qrupun digər qarşılaşmasında İspaniya Polşanı sınağa çəkəcək.

Qeyd edək ki, bu qalibiyyətdən sonra ilk xallarını qazanan Azərbaycan millisi yer aldığı D qrupunu sonuncu pillədə başa vurub.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs