04/03/2021
22:14
1580
| A A A
Azərbaycan millisindən böyükhesablı qələbə

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Goal.az xəbər verir ki, 3-cü qrupda mübarizə aparan Joze Alesionun başçılıq etdiyi kollektiv evdə Moldova yığması ilə qarşılaşıb və rəqibini 5:1 hesabı ilə məğlub edib.

Görüşdə hesabı 7-ci dəqiqədə Fineo De Araujo açıb. 14-cü dəqiqədə Rizvan Fərzəliyev 2-ci topu qonaqların qapısından keçirib. Cəmi 1 dəqiqə sonra Hadi Ahmadi fərqi daha da artırıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya fəal başlayan moldovalılar 26-cı dəqiqədə Sergey Takotun qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb. Amma rəqibin sevinci cəmi 1 dəqiqə çəkib. Tyaqo Bolinya 27-ci dəqiqədə 4-cü dəfə qonaqları cəzalandırıb. Görüşdə son nöqtəni isə 40-cı dəqiqədə Bolinya qoyub.

Qrupdakı 3-cü oyununda da qələbə qazanan Azərbaycan millisi xallarını 9-a çatdıraraq liderliyini möhkəmlədib. Moldova isə 4 xalla 2-ci pillədə qalıb.

Qeyd edək ki, qrupun digər oyununda Slovakiya Yunanıstanı qəbul edir.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13512 səs