22/03/2021
14:57
1127
| A A A
Portuqaliya - Azərbaycan matçının hakimləri açıqlandı

Millimizin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər oyununun hakimləri açıqlanıb.

Goal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Daniel Zibert oyunun baç hakimi olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Rafael Foltin köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Saşa Stegemann yerinə yetirəcək.

Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki Juventus stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13513 səs