25/03/2021
12:54
4315
| A A A
Portuqaliya - Azərbaycan matçının ən yaxşısı seçildi

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Portuqaliyaya 0:1 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə matçının ən yaxşı oyunçusu seçilib.

Goal.az xəbər verir ki, "Whoscored" 27 yaşlı qolkiperi qurtarışlarına görə bu ada layiq görüb.

Portuqaliya yığmasının 29 zərbəsindən 15-i çərçivəyə düşüb, 8-i qeyi-dəqiq alınıb. Zərbələrin 6-sı isə futbolçular tərəfindən bloklanıb.

Məhəmmədəliyev 8,1 xalla görüşün ən yaxşı oyunçusu adını qazanıb.

Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13521 səs