14/07/2021
18:27
2158
| A A A
FIFA Ozobiçin Azərbaycan millisində oynamasına icazə verdi

FIFA AFFA-nın "Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə bağlı müraciətini müsbət cavablandırılıb.

Goal.az xəbər verir ki, bununla bağlı bu gün qitə futbol qurumundan milli assosiasiyaya müvafiq məktub daxil olub.

30 yaşlı yarımmüdafiəçinin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub. FIFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, o, yığmanın formasını geyinə bilər.

Qeyd edək ki, Filip Ozobiç 2016-cı ildən Azərbaycanda çıxış edir. Futbolçu "Qarabağ"dan öncə "Qəbələ"nin şərəfini qoruyub.