23/08/2021
17:30
2917
| A A A
Azərbaycan millisinin heyəti açıqlandı

Avqustun 25-də futbol üzrə Azərbaycan millisinin yoxlama xarakterli təlim-məşq toplanışı başlayacaq.

Goal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, komandanın baş məşqçisi Canni De Byazi 3 gün davam edəcək hazırlıq prosesinə 20 oyunçu çağırıb.

Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar: Aydın Bayramov (“Sumqayıt”), Mehti Cənnətov (“Zirə”);

Müdafiəçilər: Amin Seydiyev, Bəxtiyar Həsənalızadə (hər ikisi “Sabah”), Şəhriyar Əliyev, Azər Salahlı (hər ikisi “Keşlə”), Təmkin Xəlilzadə, Sərtan Taşkın (hər ikisi “Zirə”), Höccət Haqverdi, Elvin Bədəlov (hər ikisi “Sumqayıt”), Turan Manafov (“Səbail”):

Yarımmüdafiəçilər

: Rəhim Sadıxov, Murad Xaçayev, Vüqar Mustafayev (hamısı “Sumqayıt”), Coşqun Diniyev, Elvin Camalov (hər ikisi “Sabah”), Rövlan Muradov (“Qəbələ”), Rəhman Hacıyev (“Keşlə”);

Hücumçular

: Əli Qurbani (“Sumqayıt”), Ülvi İsgəndərov (“Qəbələ”).