30/08/2021
13:23
2261
| A A A
Lüksemburq - Azərbaycan oyununun hakimləri açıqlandı

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Lüksemburq - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, matçı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi İrfan Pelto olacaq. Ona yan xətt hakimləri Senad İbrisimbeqoviç və Davor Belyo köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Admir Şehoviç yerinə yetirəcək.

Qeyd edək ki, Lüksemburq millisi sentyabrın 1-də Azərbaycan yığmasını qəbul edəcək. Lüksemburq Milli Arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.