01/09/2021
10:40
1477
| A A A
Azərbaycan millisi bu gün növbəti matçını keçirəcək

Azərbaycan milli komandası bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Goal.az xəbər verir ki, ilk iki turda xal qazana bilməyən Canni de Byazinin yetirmələri üçüncü sınağında Lüksemburq yığması ilə üz-üzə gələcək.

Millimiz bu rəqiblə səfərdə qarşılaşacaq. Qrupda sonuncu olan yığmamız İrlandiya və Portuqaliya ilə çətin qarşılaşmalar ərəfəsində Lüksemburqda ilk uğurunu rəsmiləşdirməyə çalışacaq.

Qeyd edək ki, millimiz bunadək Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə uduzub.

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

1 sentyabr

22:45. Lüksemburq – Azərbaycan

Baş hakim: İrfan Pelito (Bosniya və Herseqovina).

Lüksemburq. “Stad Lüksemburq”.