02/09/2021
01:04
1866
| A A A
Azərbaycan millisindən növbəti məğlubiyyət

Bu gün millimiz DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.

Goal.az xəbər verir ki, Canni de Byazinin baş məşqçisi olduğu komanda A qrupunun üçüncü turunda səfərdə Lüksemburqla qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda isə Portuqaliya evdə İrlandiyadan üstün olub - 2:1.

Qeyd edək ki, millimiz bunadək Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə uduzub.

A qrupu

22:45. Lüksemburq – Azərbaycan - 2:1

Qollar: Pinto, 8 (1:0), Rodriqes, 28-pen. (2:0), Emin Mahmudov, 67 (2:1)

Baş hakim: İrfan Pelito (Bosniya və Herseqovina)

Lüksemburq. “Stad Lüksemburq”