04/09/2021
14:59
3783
| A A A
Millinin oyunun hakim təyinatları bilindi

Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində Avstriyaya oyununa hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, matçı Belarusdan olan hakimlər briqadası idarə edəcək. Referi Amin Kurheli olacaq. Ona yan xətt hakimi kimi Yuri Xomçenko və Viktor Xetskov köməklik göstərəcək. 4-cü hakim funksiyasını Denis Şerbakov yerinə yetirəcək.

Qeyd edək ki, senytabrın 7-də oynanılacaq Avstriya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. U-21 ilk matçında səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.