09/09/2021
11:57
2415
| A A A
Azərbaycan millisinin qapıçısı üçüncü oldu

UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin VI turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Goal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.

27 yaşlı qolkiper meydana çıxdığı 5 oyunda 29 qurtarışla yadda qalıb. O, hazırda bu nominasiyada üçüncü pillədə qərarlaşıb. San Marinodan Elia Benedettini 31 "seyv"lə birinci, Lixtenşteynin oyunçusu Benyamin Byuhel 30 qurtarışla ikinci sıradadır.

Qeyd edək ki, Azərbaycan millisi son olaraq Bakı Olimpiya Stadionunda Portuqaliyaya 0:3 hesabı ilə uduzub.