13/10/2021
12:57
603
| A A A
Şahruddin Məhəmmədəliyev 3-cü oldu

UEFA DÇ-2022-nin seçmə mərhələsinin 8-ci turundan sonra futbolçuların statistik göstəricilərini açıqlayıb.

Goal.az xəbər verir ki, ən yaxşılar arasında Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev də var. O, seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb. 27 yaşlı qolkiper meydana çıxdığı 7 oyunda 40 qurtarışla yadda qalıb. O, hazırda bu nominasiyada üçüncü pillədə qərarlaşıb.

San Marino yığmasının üzvü Elia Benedettini 44 "seyv"lə birinci, Lixtenşteynin oyunçusu Benyamin Byuhel (43) ikinci sıradadır.

Qeyd edək ki, Azərbaycan Serbiyaya 1:3 hesabı ilə uduzub.