20/10/2021
18:03
1484
| A A A
Azərbaycan millisi darmadağın oldu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Goal.az xəbər verir ki, yığmamız İtaliyada norveçli həmyaşıdları ilə qarşılaşıb. Görüş rəqibin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yığmamız oktyabrın 23-də İtaliya, 26-da isə Polşa ilə qarşılaşacaq.

Avropa çempionatının seçmə mərhələsi

7-ci qrup, I tur

Norveç – Azərbaycan – 7:0

Qollar: Sinne Bronstad, 1, 26 pen. Katinka Tandberq, 35, Kristina Svandal, 74, 80, Jüli Jorde, 78, İris Omarsdottir, 83-pen.

Padova, “Kampo Masera” stadionu