11/03/2022
19:00
506
| A A A
Azərbaycan yığması Şimali Makedoniyaya da uduzub

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Goal.az xəbər verir ki, Şimali Makedoniya yığması ilə qarşılaşan yığma 0:3 hesabı ilə məğlub olub.

Komanda qrupda son oyununu martın 14-də Şotlandiyaya qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Albaniyaya yenilib - 0:1. (report)