13/03/2022
16:20
1549
| A A A
Azərbaycan millisinin Macarıstan və Finlandiya ilə oyunlarının vaxtı bilindi

Voleybol üzrə Gümüş Avropa Liqasında mübarizə aparacaq kişilərdən ibarət Azərbaycan yığmasının oyunlarının vaxtı dəqiqləşib.

Goal.az-ın məlumatına görə, A qrupunda yer alan millimiz Macarıstan və Finlandiya ilə qarşılaşacaq.

Komandamız turnirə evdə start verəcək. Macarıstanlıları qəbul edəcək voleybolçularımız ardınca Finlandiyaya səfər edəcək. Sonda şimallıları qonaq edəcək yığma turnirə Macarıstanda yekun vuracaq.

25 may

15:30. Azərbaycan – Macarıstan

1 iyun

20:30. Finlandiya – Azərbaycan

5 iyun

18:00. Azərbaycan – Finlandiya

12 iyun

18:00. Macarıstan – Azərbaycan