14/03/2022
22:08
785
| A A A
Azərbaycan millisi seçmə mərhələni xalsız başa vurub

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəni dayandırıb.

Goal.az xəbər verir ki, B Liqasında yer alan yığma III qrupdakı sonuncu matçında Şotlandiya seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda qrupdakı ilk iki oyunda Albaniyaya 0:1, Şimali Makedoniyaya isə 0:3 hesabı ilə uduzub.

Beləliklə, Azərbaycan yığması seçmə mərhələni xalsız və qrup sonuncusu olaraq başa vurub.