17/03/2022
14:10
1581
| A A A
Azərbaycan millisi Xorvatiya ilə qarşılaşır

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

Goal.az xəbər verir ki, komanda Xorvatiyada təşkil olunacaq qrup oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyunu idarə edəcək hakimlər açıqlanıb.

Xorvatiya – Azərbaycan

17 mart. Karlovac. Mladost Arena. Saat 20:00

Hakimlər: Pablo Delgado Sastre (İspaniya), Michael Lima De Sousa (Lüksemburq), Talgat Kosmukhambetov (Qazaxıstan)

Timekeeper: Mislav Dzeko (Xorvatiya)