18/03/2022
23:20
2187
| A A A
Azərbaycan yığması Latviyaya da uduzdu

Bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi seçmə mərhələ çərçivəsində növbəti oyununu keçirib.

Goal.az xəbər verir ki, komandamız bu dəfə Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Beş qolun qeydə alındığı matç millimizin məğlubiyyəti ilə bitib. Komandamızın yeganə qolunu matçın sonlarında Fuad Məmmədzadə vurub.

Xatırladaq ki, yığmamız ilk oyununda meydan sahibi Xorvatiyaya 1:6 hesabıyla uduzmuşdu.

AÇ-nin seçmə mərhələsi

18 mart

Latviya – Azərbaycan 4:1

Hakimlər: Michael Lima De Sousa (Lüksemburq), Talqat Kosmuxambetov (Qazaxıstan), Pablo Delgado Sastre (İspaniya).

Timekeeper: Mislav Dzeko (Xorvatiya).

Karlovac şəhəri, Mladost Arena. Saat 20:00.