20/03/2022
12:13
645
| A A A
Malta - Azərbaycan oyununun hakimləri müəyyənləşdi

Malta və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun təyinatları bəlli olub.

Goal.az xəbər verir ki, qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Alexandro Ernandesə laynsmanlar qismində Xose Naranyo və Angel Nevado köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Sezar Soto icra edəcək.

Qeyd edək ki, martın 25-də Maltadakı Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.