Beş futbolçu uzun müddətdən sonra Azərbaycan yığmasına cəlb olunub
Uzun müddətdən sonra 5 futbolçu Azərbaycan millisinin heyətinə cəlb olunub.
Goal.az xəbər verir ki, bunlar Sabah-ın qapıçısı Səlahət Ağayev, Qarabağ-ın yarımmüdafiəçisi Riçard Almeyda, Neftçi-dən Eddi İsrafilov, Ertsgebirge-dən Dmitri Nazarov və Zirə-nin hücumçusu Ağabala Ramazanovdur.
Onlar Malta və Latviyaya qarşı yoldaşlıq matçları üçün dəvət alıb. Oyunçuların hamısı son olaraq 2019-cu ilin noyabrında səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda komandaya çağırılıb.
Qeyd edək ki, Azərbaycan yığması martın 25-də Malta ilə, 4 gün sonra isə Latviya ilə üz-üzə gələcək. Hər iki görüş Maltadakı Milli Stadionda gerçəkləşəcək. (report)