U-21 milli növbəti maçtını keçirir
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində Estoniya yığması ilə qarşılaşacaq.
Goal.az xəbər verir ki, Sumqayıtda keçiriləcək oyuna saat 19.00-da start veriləcək.
Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Avropa çempionatı, seçmə mərhələ
25 mart
19.00 Azərbaycan (U-21) – Estoniya (U-21)
Baş hakim: Devid Munro
Yan xətt hakimləri: Şon Karr və Duqlas Potter Dördüncü hakim: Qrant İrvin (hamısı Şotlandiya)
Sumqayıt şəhər stadionu