Azərbaycan millisi Malta səfərində
Bu gün futbol üzrə Azərbaycan milli komandası yoxlama oyununda qüvvəsini sınayacaq.
Goal.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi milli Maltada bu ölkənin yığma komandası ilə qarşılaşacaq. Saat 22.00-da başlayacaq oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək.
De Byazinin uzun fasilədən sonra milli komandaya dəvət etdiyi Eddi İsrafilov, Dmitri Nazarov kimi futbolçular da bu gün meydana çıxa bilər.
Yoxlama oyunu
22.00 Malta – Azərbaycan
Baş hakim: Alexandro Ernandes
Köməkçi hakimlər: lXose Naranyo, Angel Nevado
Dördüncü hakim: Sezar Soto (hamısı İspaniya)
Malta. Milli Stadion