25/03/2022
13:53
1036
| A A A
Azərbaycan millisinin üzvü Rusiya klubuna keçir

Araz-Naxçıvan futzal klubunun qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək.

Goal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü bu barədə feysbuk səhifəsində yazıb. O, Torpedo ilə anlaşdığını bildirib.

31 yaşlı futzalçı 2014-cü ildən Araz-Naxçıvan-da çıxış edirdi.

Torpedo hazırda Rusiya çempionatında liderdir.