Azərbaycan millisindən növbəti məğlubiyyət
Bu gün futbol üzrə Azərbaycan milli komandası yoxlama oyununda qüvvəsini sınayıb.
Goal.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi milli Maltada bu ölkənin yığma komandası ilə qarşılaşıb. İspaniyadan olan hakimlər briqadasının idarə etdiyi oyun Azərbaycan yığmasının məğlubiyyəti ilə başa çatıb.
De Byazinin uzun fasilədən sonra milli komandaya dəvət etdiyi Eddi İsrafilov, Dmitri Nazarov kimi futbolçular da bu gün meydana çıxıblar.
Yoxlama oyunu
Malta – Azərbaycan 1:0
Qol: Y.Deqabriele, 55.