Azərbaycan millisinin kapitanının zədəsinə aydınlıq gəlib
Malta yığması ilə yoldaşlıq görüşünü yarımçıq tərk etməli olan Azərbaycan millisinin kapitanı Maksim Medvedevin durumuna aydınlıq gəlib.
Goal.az xəbər verir ki, 33 yaşlı müdafiəçi burun nayihəsindən zədə alıb. Lakin sınıq və çat yoxdur.
F.Abdulla bildirib ki, Medvedevin Latviyaya qarşı martın 29-da keçiriləcək növbəti yoldaşlıq görüşündə meydana çıxıb-çıxmayacağı ilə bağlı qərar matç ərəfəsində veriləcək.
Qeyd edək ki, Maksim Medvedev Malta ilə oyunda zədələndiyi üçün 76-cı dəqiqədə yerini Renat Dadaşova verib. Ta Qali Milli Stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. (report)