U-21 milli komanda Belarusla qarşılaşacaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Goal.az xəbər verir ki, yığmamız yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
AÇ-2023-ün seçmə mərhələsindəki ilk qələbəsini martın 25-də Sumqayıtda Estoniya üzərində qazanan (3:0) Milan Obradoviçin yetirmələri Belarusla qarşılaşacaq.
Budəfəki görüş “Bakcell Arena”da baş tutacaq.
U-21
Beynəlxalq yoldaşlıq oyunu
19:00. Azərbaycan – Belarus
Baş hakim: Əliyar Ağayev (Azərbaycan)
Bakı. “Bakcell Arena”