29/03/2022
15:00
1417
| A A A
Qarabağ-ın iki futbolçusu Azərbaycan yığmasından kənarlaşdırılıb

Azərbaycan millisinin 2 futbolçusu Latviya ilə yoldaşlıq görüşündə iştirak etməyəcək.

Goal.az xəbər verir ki, bunlar Qarabağ-dan dəvət almış müdafiəçi Bədavi Hüseynov və hücumçu Rüstəm Əhmədzadədir.

Hüseynov ayaq əzələsindəki problemlər üzündən "23-lük"dən kənarda qalıb. Əhmədzadə isə baş məşqçi Canni De Byazinin qərarı ilə matçın iştirak ərizəsinə daxil edilməyib.

Əvəzində Azərbaycan millisinin Maltaya 0:1 hesabı ilə uduzduğu ilk yoldaşlıq görüşündən fərqli olaraq, Namik Ələskərov və Ağabala Ramazanov bu dəfə ehtiyat oyunçular skamyasında yer alıb.

Qeyd edək ki, Ta Qalib Milli Stadionunda keçiriləcək Azərbaycan - Latviya görüşü Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. (report)