06/04/2022
19:11
533
| A A A
Azərbaycan millisi seçmə mərhələyə qələbə ilə başlayıb

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəyə başlayıb.

Goal.az xəbər verir ki, B liqasının I qrupunda mübarizə aparan yığma Farer adaları ilə qarşılaşıb. Şimali İrlandiyanın Larn şəhərindəki "İnver Park" stadionunda baş tutan görüş Vüqar Əsgərlinin baş məşqçi olduğu kollektivin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığmanın heyətində qolları 20-ci dəqiqədə Aysun Muradova və 41-ci dəqiqədə Pərvin Səfərəliyeva vurublar.

Qeyd edək ki, bu qrupun digər oyununda ev sahibi Şimali İrlandiya Malta seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Azərbaycan millisi qrupdakı ikinci matçını aprelin 9-da Maltaya qarşı keçirəcək.