Azərbaycan millisi məğlub oldu
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Goal.az xəbər verir ki, komandamız Sarayevo şəhərindəki “Qrbaviça” stadionunda Bosniya və Herseqovina millisi ilə qarşılaşıb.
Millimiz əlavə vaxtda buraxdığı qolla uduzub - 0:1.
DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
Bosniya və Herseqovina – Azərbaycan 1:0
Qol: Milena Nikoliç, 90+4.