Azərbaycan millisi Şimali İrlandiyaya məğlub olub
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün sonuncu oyununu keçirib.
Goal.az xəbər verir ki, Azərbaycan millisi Şimali İrlandiyada təşkil olunan qrup mərhələsinin son oyununda meydan sahibləri ilə üz-üzə gəlib və minimal hesabla uduzub.
Avropa çempionatı, seçmə mərhələ
Azərbaycan – Şimali İrlandiya 0:1
Kora Çembers 34.