14/04/2022
11:11
445
| A A A
Azərbaycan millisinin Finlandiya ilə matçının stadionu müəyyənləşdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin keçirəcəyi növbəti oyunların stadionları müəyyənləşib.

Goal.az xəbər verir ki, milli komanda Avropa çempionatının seçmə mərhələsində növbəti matçlarını səfərdə keçirəcək.

Azərbaycan millisi iyunun 3-də Parnu şəhərindəki “Parnu Rannastaadion”da Estoniya, iyunun 7-də isə Helsinkidə, “Helsinki Football Stadium”da Finlandiya yığması ilə qarşılaşacaq. Estoniya ilə oyun 20:00-da, Finlandiya yığması ilə qarşılaşma isə 17:00-da başlayacaq.